Ağdaşda namizədlərin qeydiyyat sənədlərinin təqdim edilməsinə başlanacaq

Ağdaşda namizədlərin qeydiyyat sənədlərinin təqdim edilməsinə başlanacaq
# 28 aprel 2016 13:50 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Sabah 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi prosesi başlayacaq.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini müvafiq dairə seçki komissiyasına təqdim etməlidir. Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar bu müddət aprelin 29-dan mayın 19-u saat 18.00-dək olan dövrü əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR