Bakıda dənizdə batan bacılardan ikincisinin də meyiti tapılıb - YENİLƏNİB

Bakıda dənizdə batan bacılardan ikincisinin də meyiti tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 03 avqust 2016 15:52 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda dənizdə batan bacılardan sonuncunun da meyiti tapılıb.

APA-nın Fövqəladə Hallar nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 2-də Novxanıda nəzarət olunmayan ərazidə batan 2002-ci il təvəllüdlü Əliyeva Aytac Vasif qızının cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 120 metr aralıda sudan çıxarılıb.

***

Saat: 10.52

Bakı. Hafiz Heydərov – APA. Bakıda iki bacı dənizdə batıb.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında Novxanı çimərliyində qeydə alınıb. Göyçay rayon sakinləri – 2000-ci il təvəllüdlü Əliyeva Səmayə Vasif qızı və onun bacısı, 2002-ci il təvəllüdlü Aytac dənizdə çimərkən boğularaq ölüblər.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri S. Əliyevanın meyitini taparaq çıxarıblar. Aytacın meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.

Qeyd edək ki, iki bacı Bakıya istirahətə gəlibmiş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR