Balakəndə avtomobil daş hasara çırpılıb, ölən var

Balakəndə avtomobil daş hasara çırpılıb, ölən var
# 09 fevral 2016 09:17 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakən rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün gecə saat 01 radələrində rayonun Qaysa-Meşə Şanbul yolunda qeydə alınıb.

Rayonun Meşə Şanbul kənd sakini, 1977-ci il təvəllüdlü Elşən Ramazan oğlu Taşayevin adına olan “Mercedes” markalı, 10 TN 730 dövlət nömrə nişanlı minik avtomobil Qaysa kəndindən Meşə Şanbul kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı daş hasara çırpılıb. Qəza nəticəsində ağır bədən xəsarətləri alan və avtomobildə sıxılmış vəziyyətdə olan Elşən Taşayev yaxınlıqdakı kənd sakinlərinin köməkliyi ilə maşından çıxarılaraq Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda ölüb. Hadisə şahidlərinin polis əməkdaşlarına verdiyi məlumata görə, avtomobili qəza nəticəsində ölən Elşən Taşayev idarə edib. Lakin qəzaya düşən avtomobildəki izlərlə maşını başqa bir şəxsin idarə etdiyi ehtimal olunur.

Qəzanın dəqiq səbəbləri və avtomobilin kim tərəfindən idarə edildiyi istintaq tədbirlərindən sonra açıqlanacaq.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR