Dünya Bankı Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu qoruyub

Dünya Bankı Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu qoruyub
# 08 iyun 2016 07:37 (UTC +04:00)

Bakı - APA-Economics. Dünya Bankı (DB) bu il Azərbaycanda ÜDM-in 1,9% azalacağını proqnozlaşdırır.

"APA-Economics"in məlumatına görə, bu barədə bankın "Global Economic Prospects" adlı iyun hesabatında deyilir.

Bankın proqnozuna əsasən, 2017-ci ildə ölkədə 0,7%, 2018-ci ildə isə 1,3%-lik iqtisadi artım müşahidə olunacaq.

Xatırladaq ki, bank aprel ayında açıqladığı hesabatda da analoji proqnozlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR