Kamil Aydın: “Ankara Fətullah Gülənin işi ilə bağlı ABŞ-a 85 qutu sənəd təqdim edib”

Kamil Aydın: “Ankara Fətullah Gülənin işi ilə bağlı  ABŞ-a 85 qutu sənəd təqdim edib”
# 05 avqust 2016 05:32 (UTC +04:00)

Bakı-APA. Türkiyə Fətullah Gülənin hərbi çevrilişlə əlaqəli olduğunu təsdiqləyən 85 qutu sənəd təqdim edib.


APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Nyu-Yorkda jurnalistlərə Türkiyə parlamentinin MHP-dən olan üzvü Kamil Aydın deyib.

Qeyd edək ki, Kamil Aydın Fətullah Gülənin tez bir zamanda ABŞ-dan Türkiyəyə ekstradisiya edilməsinə nail olmaq məqsədi ilə Vaşinqtonda səfərdə olan Türkiyə nümayəndə heyətinin üzvüdür. Nümayəndə heyəti Ədliyyə Nazirliyi daxil olmaqla, ABŞ-ın bir sıra dövlət qurumlarında görüşlər keçiriblər.

“Onlar bizə Türkiyədən 85 qutu sənəd qəbul etdiklərini bildiriblər. Hazırda bu sənədlər araşdırılır”, - deyə Kamil Aydın Türkiyənin BMT-dəki daimi nümayəndəliyində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Türkiyə və ABŞ arasında Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsi üzrə danışıqlar hazırda davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR