“AtaBank” bu ilin I yarısını 10 milyon manat mənfəətlə başa vurub

“AtaBank” bu ilin I yarısını 10 milyon manat mənfəətlə başa vurub
# 18 avqust 2016 07:52 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “AtaBank”ın aktivlərinin həcmi 2016-cı ilin II rübündə 486,749 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 22,71% azdır.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 23,8% azalaraq 410,230 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 50,71% azalaraq 268,688 mln. manata enib. Əhalinin əmanətlərinin həcmi isə 218,659 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 5,01% artım deməkdir.

Bir il ərzində bankın məcmu kapitalı 11,98% azalaraq 65,008 mln. manata düşüb, nizamnamə kapitalı dəyişməyərək 50 mln. manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 24,86% azalaraq 32,114 mln. manat, xərcləri isə 18,95% azalaraq 23,816 mln. manat olub.

Cari ilin altı ayı ərzində bankın əldə etdiyi mənfəət 10 mln. 550 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR