Azərbaycanla Türkiyə arasında imzalanmış sənədlər təsdiqlənib

Azərbaycanla Türkiyə arasında imzalanmış sənədlər təsdiqlənib
# 24 dekabr 2015 15:27 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında “TURAZ Şahini təlimləri” üçün Sahib Ölkə dəstəyinə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyinə fərmanın birinci i hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etmək, Azərbaycan Xarici İşlər Nazirliyinə isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə hökumətinə bildiriş göndərmək tapşırılıb.

Dövlət başçısının digər fərmanı ilə Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında “Hava hücumundan müdafiə təlimi” üçün Ev Sahibi Ölkənin dəstəyinə dair Anlaşma Memorandumu təsdiq edilib. Fərmana əsasən, Müdafiə Nazirliyinə fərmanın birinci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə hökumətinə bildiriş göndərmək həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR