Altı ayda avtomobillə vurulan 130 piyada ölüb

Altı ayda avtomobillə vurulan 130 piyada ölüb
# 13 iyul 2016 08:21 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bu ilin 6 ayında respublikada baş verən 905 yol-nəqliyyat hadisəsinin 388-i piyadaların vurulması ilə bağlı olub.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 39,1%-i (354 hadisə, 113 ölüm, 389 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 23,4%-i (212 hadisə, 88 ölüm, 184 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 13,2%-i (120 hadisə, 26 ölüm, 155 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,3%-i (21 hadisə, 8 ölüm, 25 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Yol-nəqliyyat hadisələrinin 42,8%-ni (388) piyadaların vurulması təşkil edib, nəticədə 130 piyada həlak olub, 290-ı xəsarət alıb. 19 yol-nəqliyyat hadisəsi piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş verib.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 19 nəfər uşaq və yeniyetmə həlak olub, 80 nəfər xəsarət alıb. 2015-ci illə müqayisədə uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində həlak olan azyaşlıların sayı 15, xəsarət alanların sayı isə 19 nəfər azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR