Azərbaycan prezidenti: "DTİHB mandatını kobudcasına pozaraq seçkiləri müşahidə etməmək barədə qərar qəbul edib" - VİDEO

Azərbaycan prezidenti: "DTİHB mandatını kobudcasına pozaraq seçkiləri müşahidə etməmək barədə qərar qəbul edib" - <span style="color: red;">VİDEO
# 01 noyabr 2015 12:23 (UTC +04:00)

APA-nın məlumatına görə, prezident İ. Əliyev A. Farucanın ölkəmizə səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib.

Spiker A. Faruca Malta ilə Azərbaycan arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu və əlaqələrimizin gücləndirilməsinin zəruriliyini vurğulayıb. O, Azərbaycana səfərlərini, həmçinin 4 il bundan əvvəlki ATƏT və Avropa Şurasından olan nümayəndə heyətinin tərkibində ölkəmizə səfəri zamanı prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayıb.

Prezident İ. Əliyev isə ölkələrimiz arasında müxtəlif səviyyələrdə çox fəal təmasların olduğunu vurğulayaraq Malta baş nazirinin ölkəmizə səfərləri zamanı onunla səmərəli müzakirələrin aparıldığını deyib. Ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən dövlət başçısı Azərbaycan və Maltanın həyata keçirdikləri müxtəlif layihələrin önəmini qeyd edib. Ölkələrimiz arasında çox yaxın və dost münasibətlərin olduğunu qeyd edən İ. Əliyev Azərbaycanın Malta ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək istəyində olduğunu deyib.

Azərbaycanda keçirilən parlament seçkilərinə toxunan prezident İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etmək üçün dəvət göndərildiyini, lakin həmin qurumun bu məsələni ATƏT Parlament Assambleyasının daimi komitəsində müzakirəyə çıxarmadan və ATƏT-in baş katibini məlumatlandırmadan öz mandatını kobud şəkildə pozaraq parlament seçkilərini müşahidə etməmək barədə qərar qəbul etdikləri bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR