Dağıstanda baş verən yol qəzası nəticəsində 2 hərbçi ölüb

Dağıstanda baş verən yol qəzası nəticəsində 2 hərbçi ölüb
# 21 avqust 2016 23:24 (UTC +04:00)

Bakı-APA. Dağıstanın Dərbənd rayonunda ağır yol qəzası baş verib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, “Qazel” markalı mikroavtobusla VAZ 2110 avtomobilinin toqquşması nəticəsində iki kontrakt əsasında qulluq çəkən hərbçi ölüb.

Daha 3 nəfərin xəsarət aldığı bildirilir. Qəzanın başvermə səbəbləri barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR