«AZVİRT» MMC-nin baş direktoru vəfat edib

«AZVİRT» MMC-nin baş direktoru vəfat edib
# 23 aprel 2016 22:38 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. Aprelin 23-də gecə saatlarında texnika elmləri doktoru, professor, «AZVİRT» MMC-nin baş direktoru Əli Musa oğlu Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

«AZVİRT» MMC-dən APA-ya verilən xəbərə görə, Əli Əliyev 1933-cü il may ayının 20-də Ermənistanın Vedi rayonunda anadan olub.

1972-ci ildə Bakı «Xüsusiləşdirilmiş yol tresti»nə rəis təyin edilib.

1999-cu ildən «AZVİRT» MMC-nin baş direktoru vəzifəsində çalışıb.

Ə.Əliyev «Qırmızı Əmək Bayrağı» ordeni ilə, bir çox medallarla və Azərbaycan SSRİ Ali Sovetinin fəxri fərmanı ilə mükafatlandırılıb. Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı sərəncamla Əli Musa oğlu Əliyev Azərbaycanda tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. Ə.Əliyev 80-ə qədər elmi iş, monoqrafiyalar, «Yol-tikinti materialları» adlı dərslik, «Nəqliyyat magistrallarının tikintisinin əsasları», «Avtomobil yollarının və aerodromların tikintisi» kitablarının müəllifidir.

Allah rəhmət eləsin

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR