BP: Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlər qrafiki qabaqlayır

 BP: Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlər qrafiki qabaqlayır
# 30 noyabr 2015 15:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin üç rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyu davam edib.

Cənubi Qafqaz Boru Kəmərinin əməliyyat operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, boru seqmentlərinin saxlama sahələrinə gətirilməsi davam edib və Azərbaycan hissəsi üçün lazım olan boruların artıq yarıdan çoxu sahələrdədir. İyun ayının sonunda Azərbaycanda kəmər xəttinin inşasının başlanmasından bəri tikinti işləri artmaqda davam edib.

Təqribən 61 km uzunluğunda borular artıq qaynaq edilib, 2 km isə qrafiki qabaqlayaraq tikinti sahəsi boyunca düzülüb.

Bu günə qədər həmçinin Azərbaycanda boru kəməri marşrutu boyunca torpaq sahələrinin əldə olunması 99,7% başa çatıb. Bundan başqa, Gürcüstanda kəmər xəttinin inşasına iyul ayında başlanıb və Gürcüstanda 1-ci və 2-ci kompressor stansiyasının və təzyiqə nəzarət və tənzimləmə qurğusunun tikintisi davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR