Xaricdə yaşayan azərbaycanlıların ərizə və şikayətlərinin  elektron qəbulu proseduru müəyyənləşdirilib

Xaricdə yaşayan azərbaycanlıların ərizə və şikayətlərinin  elektron qəbulu proseduru müəyyənləşdirilib
# 24 dekabr 2015 12:58 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Diasporla İş üzrə Dövət Komitəsinin Kollegiyası “Xaricdə yaşayan azərbaycanlıların müraciətlərinin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə qərar verib.

APA-nın məlumatına görə, xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının, diaspor təşkilatlarının, eləcə də Azərbaycan vətəndaşı olmayan azərbaycanlıların ərizə, şikayət və təkliflərinin (müraciət) Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən elektron qaydada qəbulu, araşdırılması və cavablandırılmasını əhatə edən elektron xidmətlə bağlı reqlament dekabrın 22-dən qüvvəyə minib.

Müraciətə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə müraciətə baxılması müddəti müraciətə baxan orqan tərəfindən ən çoxu 30 iş günü uzadıla bilər və bu barədə müraciət edən şəxsə məlumat verilir. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılır. elektron xidmət http://www.diaspora.gov.az, http://www.e-gov.az elektron ünvanlarında təqdim edilir. Elektron xidmətdən istifadə edilməsi üçün hər hansı sənəd tələb olunmur. Xaricdə yaşayan azərbaycanlıların müraciətlərinin qəbulu üzrə elektron xidmət istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR