Rusiya məhkəməsi 24 azərbaycanlıya cərimə kəsib

Rusiya məhkəməsi 24 azərbaycanlıya cərimə kəsib
# 20 aprel 2016 14:04 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyanın Krasnoyarsk vilayətinin Norilsk şəhər məhkəməsində 24 azərbaycanlı ilə bağlı qərar çıxarılıb.

APA-nın “Komsomolskaya Pravda”ya istinadən verdiyi məlumata görə, azərbaycanlılar tək və ya qrup şəklində 5 ay ərzində hava limanında saxlanılıblar. Pasport nəzarəti məntəqəsində təqdim etdikləri sənədlər şübhə oyatdığından ekspertiza təyin olunub və sənədlərin saxta olduğu aydınlaşıb.

Saxta sənəddən istifadəyə görə məhkəmə 24 nəfərə 300-500 dollar cərimə tətbiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR