Qazaxda iki avtomobil toqquşub

Qazaxda iki avtomobil toqquşub
# 04 oktyabr 2016 07:33 (UTC +04:00)

Qazax. Azər Məmmədli - APA. Bakı-Qazax magistral yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə yolun 488-ci kilometrliyində, Qazax rayonu ərazisində qeydə alınıb.

“VAZ 2107” və “Land Rover” markalı avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ramazan Gözəlov və Qazax rayon sakini, 1995-ci il təvəllüdlü Azim Xəlilov müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR