Dövlət büdcəsindən maliyyələşən daha bir qrup işçinin maaşı artırılıb

Dövlət büdcəsindən maliyyələşən daha bir qrup işçinin maaşı artırılıb
# 19 yanvar 2016 14:59 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin əmək haqlarının artırılması barədə sərəncam imzalayıb.

"APA-Economics"in xəbərinə görə, dövlət büdcəsindən maliyyələşdirilən kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10% artırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR