Azərbaycanda 14 şirkət birləşib

Azərbaycanda 14 şirkət birləşib
# 06 aprel 2016 09:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanda 13 MMC ləğv olunaraq "COMAS" MMC-yə qoşulub.

"APA-Economics" xəbər verir ki, bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında dərc olunan elanda bildirilib.

Məlumata görə, "AS Brand" MMC, "Asset Mart" MMC, "Blossom Pact" MMC, "Dekot Capital" MMC, "Xəzər-Petrol" MMC, "Platek Mart" MMC, "Real Mart" MMC, "Real Pact" MMC, "Şəmkir Dəri Emalı Fabriki" MMC, "Trade Alliance" MMC, "Trade Company" MMC, "Trade Concept" MMC və "Trade Integration" MMC təsisçinin qərarına əsasən "COMAS" MMC-yə qoşularaq ləğv olunduğunu elan edir.

Kreditorlar tələblərini Şəmkir şəhəri, Heydər Əliyev prospekti, ev 17 ünvanına bildirə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR