Tramp: “Klintonun prezident işləməyə gücü çatmayacaq”

Tramp: “Klintonun prezident işləməyə gücü çatmayacaq”
# 01 mart 2016 21:57 (UTC +04:00)

Bakı-APA. Hillari Klintonun prezident işləməyə gücü və dözümü çatmayacaq.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidentliyinə namizəd, Respublikaçılar partiyasının təmsilçisi Donald Tramp bəyan edib.

“Onun prezident işləməyə gücü və dözümü çatmayacaq. Ölkəni idarə etmək üçün özəl bünövrə gərəkdir, və o məndə var. Mən Hillari Klinton mübarizə aparmaq istəmədiyi yeganə namizədəm”, deyə D.Tramp bildirib.

Qeyd edək ki, Demokrat partiyanı təmsil edən Hillari Klinton ABŞ-da keçiriləcək prezident seçkilərinin əsas favoritidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR