Rusiya Suriyada humanitar yük karvanına zərbə endirmədiyini bildirib

Rusiya Suriyada humanitar yük karvanına zərbə endirmədiyini bildirib
# 20 sentyabr 2016 16:43 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Rusiya və Suriya aviasiyası BMT-nin humanitar karvanına heç bir aviazərbə endirməyib”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin xüsusi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib. O deyib ki, karvanın hərəkət marşrutu terrorçuların nəzarəti altında olan ərazilərdən keçib: “Həmin karvan pilotsuz uçuş aparatları ilə müşayiət olunub. Moskva vaxtı ilə saat 13:40-da humanitar yük uğurlu şəkildə ünvana çatdırılıb. Bundan sonra avtokarvanın hərəkətinin monitorinqi dayandırılıb. Karvanın bundan sonra yerdəyişməsi Rusiya tərəfindən izlənilməyib. Avtokarvanın keçdiyi ərazi barədə bütün məlumatlar bu rayonlara nəzarət edən terrorçulara məlum olub”.

İ. Konaşenkov qeyd edib ki, həmin gün axşam məhz bu istiqamətdə “Cəbhət ən-Nüsra” terror təşkilatının Hələb istiqamətində genişmiqyaslı hücumu başlayıb: “Müdafiə Nazirliyi hadisə yerindən olan videogörüntüləri diqqətlə öyrənib və orada karvanın atəşə tutulması barədə heç bir izə rast gəlməyib. Avtomobillərdə aviazərbə izi yoxdur. Videokadrlarda nümayiş olunanlar birbaşa onu göstərir ki, yüklərin yanması terrorçuların Hələbə genişmiqyaslı hücumu ilə eyni vaxtda başlayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR