Mingəçevirdə orta məktəbdən oğurluq edilib

Mingəçevirdə orta məktəbdən oğurluq edilib
# 06 may 2016 09:38 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Mingəçevirdə orta məktəbdən oğurluq edilib.

Mingəçevir şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin 2 saylı orta məktəbində qeydə alınıb. Məktəbdən 6 ədəd kompüter və 1 ədəd printer oğurlanıb.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəhər sakinləri Mirpaşa Qasımov və Rüfət Talıbov tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR