Gülnar Salmanovanın xatirəsi Musiqili Teatrda yad edilib

Gülnar Salmanovanın xatirəsi Musiqili Teatrda yad edilib
# 27 oktyabr 2015 10:35 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Əməkdar artisti Gülnar Salmanovanın xatirəsi Musiqili Teatrda yad edilib. Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlunun APA-ya verdiyi məlumata görə, Üzeyir Hacıbəylinin “Ər və arvad” tamaşasının budəfəki nümayişi mərhum aktrisanın xatirəsinə həsr olunub.

Tamaşada rolları xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Ağaxan Şərifov, Əliməmməd Novruzov, Ruslan Mürsəlov və Fərid Rzayev ifa ediblər.

Qeyd edək ki, G. Salmanova oktyabrın 24-də dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR