Lavrov: "Kiyevdəki səfirliyimizə hücumla bağlı beynəlxalq ictimaiyyətin reaksiyasını görmürük"

Lavrov: "Kiyevdəki səfirliyimizə hücumla bağlı beynəlxalq ictimaiyyətin reaksiyasını görmürük"
# 10 mart 2016 11:28 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Rusiyanın Ukraynadakı səfirliyinə və konsulluqlarına hücum hiddət doğurur. Moskva beynəlxalq ictimaiyyətin reaksiyasına ümid edir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Ren TV" telekanalına müsahibəsində deyib.

"Biz müntəzəm olaraq vəziyyətə nəzarət edirik, Ukraynadakı səfirimiz Mixail Zurabovla və səfirlik əməkdaşları ilə əlaqə saxlayırıq. Onlar sağ-salamatdırlar, vətənlərinin arxalarında durduğunu hiss edirlər. Səfirliyimizə “Molotov kokteyli” atanların hərəkətləri, o cümlədən səfirliyimizin ərazisinə girib bayrağı cırmaları hiddət doğurur. Düzünü desək, beynəlxalq ictimaiyyətin heç bir reaksiyasını görmürük".

Qeyd edək ki, dünən Rusiyanın Kiyevdəki səfirliyinin binasına “Molotov kokteyli” atılıb. Kiyev polisi baş vermiş insidentlə bağlı üç nəfərin saxlandığını, faktla bağlı cinayət işi açıldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR