Prezident İlham Əliyev Masallının içməli su təchizatı layihəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev Masallının içməli su təchizatı layihəsinin açılışında iştirak edib
# 03 sentyabr 2016 10:20 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Masallı şəhərinin içməli su təchizatı layihəsinin (şəhər su və kanalizasiya sisteminin) açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrasına 2012-ci ildən başlanılıb. Bu məqsədlə Viləşçay su anbarının aşağı byefində sutəmizləyici qurğu inşa edilib, 5 min kubmetr tutumu olan su anbarı tikilib.

Prezident İlham Əliyev layihənin işə salınmasını bildirən düyməni basıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR