İflas prosesində olan bankın kreditorlarına müraciət olunub

İflas prosesində olan bankın kreditorlarına müraciət olunub
# 20 iyul 2016 07:21 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İflas prosesində olan “Royal Bank” ASC-nin ləğvedicisi “Azerbaijan İnternational Consulting Company” MMC bankın kreditorlarına müraciət edib. “APA-Economics” xəbər verir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 87-ci maddəsinin tələbinə uyğun olaraq “Royal Bank” ASC-nin təminatsız kreditorlarının tələblərinin iyulun 19-dan başlayaraq növbəti dəfə proporsional ödənilməsi həyata keçiriləcək.

Ödənişlərin həyata keçirilməsi Bakı şəhəri, Yasamal rayonu, M. Seyidov küçəsi, 86 nömrəli ünvanda aparılacaq.

Qeyd edək ki, təsisçisi ABŞ vətəndaşı olan “Royal Bank” ASC 1993-cü ildə Azərbaycanda “OZ Bank” kimi yaradılıb. 2012-ci ildə isə bankın lisenziyası Mərkəzi Bank tərəfindən ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR