Oğurluqda təqsirləndirilən şəxslərə hökm oxunub

Oğurluqda təqsirləndirilən şəxslərə hökm oxunub
# 23 may 2016 13:46 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Rüfət Xudayarov və Fuad Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə R. Xudayarov 8 il, F. Əhmədov isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, təqsirləndirilən şəxslər evlərdən oğurluq etməkdə günahlandırılır. Onlar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsinə əsasən ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR