Ankarada 16 hakim və prokuror həbs olunub

Ankarada 16 hakim və prokuror həbs olunub
# 30 avqust 2016 02:19 (UTC +04:00)

Bakı-APA. Ankarada qarşısı alınmış hərbi çevrilişlə əlaqədar saxlanılan 21 hərbi hakim və prokurordan 16-sı həbs olunub.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, ilkin araşdırmadan sonra 5 nəfər sərbəst buraxılıb, qalanları barəsində isə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində 2847 hakim və prokuror tutduqları vəzifələrdən kənarlaşdırılıb.

Ümumilikdə, Türkiyədə hərbi çevrilişin qarşısı alındıqdan sonra 40 min nəfər saxlanılıb, 20 min nəfər barəsində artıq həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR