İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən şəxs tutulub

İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən şəxs tutulub
# 09 avqust 2016 09:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 6-da İmişli rayonu ərazisində Həsənağa Əsgərovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Ford” markalı avtomobilin sürücüsü - Beyləqan şəhər sakini Cabbar Cabbarov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR