Toyda döyülən Şəmkir sakini bir gün sonra ölüb

Toyda döyülən Şəmkir sakini bir gün sonra ölüb
# 27 sentyabr 2016 10:11 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Şəmkir rayonunda qətl törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 25-də Şəmkir rayonunun Keçili kəndindən kənd sakini Qabil Qarayev boyun fəqərələrinin sınığı ilə xəstəxanaya gətirilib. Q.Qarayev ehtiyatsızlıq nəticəsində yıxıldığını bildirib. Ona tibbi yardım göstərildikdən sonra buraxılıb. Həmin şəxs sentyabrın 26-da evində ölüb.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı Q.Qarayevin yaşadığı kənd ərazisində keçirilən toyda həmkəndlisi Seymur Əlövsətli tərəfindən döyülməsi müəyyən edilib və həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə S.Əlövsətli tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR