Polis: “Konqresdə baş vermiş atışma adi cinayət hadisəsidir”

Polis: “Konqresdə baş vermiş atışma adi cinayət hadisəsidir”
# 29 mart 2016 00:11 (UTC +04:00)

Bakı-APA. Vaşinqtonda ABŞ Konqresində baş verən atışma adi cinayət hadisəsidir.

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, bunu Kapitolinin polis nümayəndəsi bəyan edib.

“İlkin araşdırmalara əsasən, qanun pozucusu tək olub. O Kapitolini dəfələrlə ziyarət etmiş şəxsdir. Baş vermiş insident adi cinayət hadisəsidir”, deyə polis nümayəndəsi bildirib.

Onun sözlərinə görə, üstündə silah olan kişi Konqresin binasındakı metalaxtarıcı çərçivədən keçmək istəyib: “Aparatın müvafiq siqnalından sonra isə o, tapançanı çıxararaq polis əməkdaşına tuşlayıb. Bundan sonra isə dərhal zərərsizləşdirilib. Hadisə zamanı xəsarət alan şəxs hazırda xəstəxanadadır”.

Qeyd edək ki, insident nəticəsində hadisənin şahidi olan qadın da yaralanıb. Dəqiqləşdirilmiş məlumata görə, polis əməkdaşları arasında xəsarət alan yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR