Baş Qərargah: Cizrədə 30 PKK terrorçusu öldürülüb

Baş Qərargah: Cizrədə 30 PKK terrorçusu öldürülüb
# 13 fevral 2016 13:01 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Dünən Türkiyənin Şırnaq vilayətinin Cizrə rayonunda keçirilən hərbi əməliyyat nəticəsində 30 PKK terrorçusu öldürülüb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün məlumat yayıb.

Məlumatda bildirilir ki, Cizrə rayonunda 7 ayrı-ayrı binada keçirilən əməliyyatdan sonra 30 terrorçunun cəsədi tapılıb.

Bundan başqa, əməliyyat zamanı 5 PKK üzvü tutulub.

Əməliyyat zamanı terrorçulara məxsus xeyli sayda silah-sursat da ələ keçirilib.

Rayonda keçirilən əməliyyat nəticəsində indiyədək ümumilikdə 654 terrorçunun öldürüldüyü bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR