İyulda icbari sığorta üzrə 2,2 mln. manatlıq ödəniş həyata keçirilib

İyulda icbari sığorta üzrə 2,2 mln. manatlıq ödəniş həyata keçirilib
# 01 avqust 2016 09:40 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2016-cı ilin iyul ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) elektron informasiya sistemində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə büronun iştirakçı sığorta şirkətləri tərəfindən 1 743 sığorta tələbi qeydiyyata alınıb.

İSB-dən “APA-Economics”ə verilən xəbərə görə, bu tələblər üzrə 2,2 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Zərərin bölgüsü üzrə sığorta ödənişləri aşağıdakı kimi olub:

2016-cı ilin iyul ayında nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 235 manat təşkil edib. 2015-ci ilin iyul ayı ilə müqayisədə sığorta ödənişlərinin məbləğində 11% azalma müşahidə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR