"Uber" səudiyyə investisiya fondundan 3,5 mlrd. dollar cəlb edib

"Uber" səudiyyə investisiya fondundan 3,5 mlrd. dollar cəlb edib
# 02 iyun 2016 08:44 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Taksi xidmətlər göstərən "Uber Technologies" şirkəti Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondundan 3,5 mlrd. dollar cəlb edib.

"APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, hazırda "Uber"in ümumi dəyəri 62 mlrd. dollar təşkil edir.

"Uber" səudiyyə fondu tərəfindən yatırılan vəsaitin şirkətə olan etimadın göstəricisi kimi dəyərləndirir.

Qeyd edək ki, “Uber” 2009-cu ildə təsis edilib. Keçmiş MDB ölkələri arasında şirkət Azərbaycan, Belarus və Rusiyada fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR