Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 29 Yanvar

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 29 Yanvar
# 29 yanvar 2016 17:09 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Rusiya OPEK üzvləri ilə nazirlər görüşündə iştiraka razılıq verib. Neftin taleyi baxımından fevral ayının ən mühüm hadisələrindən biri məhz bu görüş olacaq. OPEK Rusiyaya gündəlik hasilatı 5 faiz azaltmaq təklifi verib, tərəflər razılaşsalar, o zaman həm kartel, həm də OPEK-ə üzv olmayan ən böyük neft ölkəsi hasilatı azaltmağa başlayacaqlar. Bu isə bazarda tələb və təklifi tarazlaşdırmış olacaq və neftin qiyməti yüksək nöqtələrdə stabilləşəcək. Amma razılaşarlarsa... Ki, OPEK və Rusiyanın hasilatı 5 faiz aşağı salmaq barədə razılığa gəlmək ehtimalı sıfıra yaxındır. Səbəb - neftin qiymətinin formalaşmasında daha çox siyasi amillərin rol oynamasıdır. Digər tərəfdən OPEK daxilində ikitirəlik var, kartel üzvlərinin heç də hamısı hasilatı aşağı salmaq barədə yekdil mövqeyə sahib deyillər. Məsələn, embarqodan sonra neft hasilatını daha da artırmağa çalışan, Avropa bazarında dempinq siyasəti hesabına möhkəmlənmək istəyən İran nədən hasilatı aşağı salmağa razı olmalıdır? Yaxud OPEK-in qərarına rəğmən gündəlik kvotanı eyninə almayan, kvotadan artıq neft hasil edən İraq niyə Səudiyyə və Rusiyanı xilasetmə planında iştirak etməlidir? Suallar çoxdur, cavab isə aşağı-yuxarı birdir - neftin qiymətinin sabitləşməsi siyasi sabitlikdən asılıdır. Yaxın Şərqdə qeyri-stabillik davam etdikcə, Ukrayna ərazilərinin işğalı faktoru qaldıqca, iqtisadi böhran davam edəcək və daşlar yerinə oturmayacaq. Daşları yerinə oturtmaq isə təkcə OPEK və Rusiyanın əlində deyil. Həm də unutmaq olmaz ki, neft bazarında neft ixrac edən ölkələrdən çox qeyri-neft ölkələri, kənar güclər var. Həm də təkcə alıcı qismində deyil...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR