Ermənistanda silah satışına qadağa qoyulub

Ermənistanda silah satışına qadağa qoyulub
# 02 avqust 2016 10:43 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Ermənistanda bəzi silah növlərinin satışına qadağa qoyulub”.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib ki, silah satışı polis tərəfindən nəzarətə götürülüb və müəyyən silah növlərinin satışı qadağan edilib.

Xatırladaq ki, “Sasna çrer” adlı silahlı qrup iyulun 17-dən 31-dək Ermənistan polisinin patrul-mühafizə alayının binasını zəbt edib. Dünən Ermənistan Milli Təhlükəsizlik Xidməti binanın tutulması ilə bağlı 47 şəxsin saxlanıldığı barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR