"Qalaaltı” kurort mərkəzi Avropanın Tarixi Termal Şəhərləri Assosiasiyasına üzv seçilib

"Qalaaltı” kurort mərkəzi Avropanın Tarixi Termal Şəhərləri Assosiasiyasına üzv seçilib
# 03 mart 2016 14:56 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Qalaaltı” kurort mərkəzi Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Avropanın Tarixi Termal Şəhərləri Assosasiyasına (ATTŞA) üzv seçilib. APA-nın məlumatına görə, bu barədə nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov “Qalaaltı” kurort mərkəzində keçirilən tədbirdə məlumat verib.

Onun sözlərinə görə, aprel ayında Çexiyanın Karlova Varı şəhərində keçiriləcək toplantıda üzvlük rəsmi şəkildə kurort rəhbərliyinə təqdim ediləcək: “Eyni istiqamətdə 6 marşrut üzrə layihə təqdim edilib və sevindirici məqamdır ki, ötən ilin iyun ayında nümayəndəlik Azərbaycana səfər edib və “Qalaaltı” kurortunu üzvlüyə layiq biliblər. Burada strateji əhəmiyyət də mühüm önəm kəsb edir”.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin (ASTTD) sədri Ruslan Quliyev qeyd edib ki, Sağlamlıq Turizmi ilə bağlı Azərbaycanın ənənələri mövcuddur və bu ənənələri bərpası yeni innovativ sistemləri təqdim etməklə daha da geniş coğrafiyada tanıtmaq mümkündür: “Ölkədə fəaliyyət göstərən sağlamlıq mərkəzlərindən məhz “Qalaaltı”nın Avropanın termal şəhərlər xəritəsinə düşməsi onun imkanlarına və turizm axınına da müsbət təsiri özünü göstərəcək. Burada dövlətlərarası saziş var və gələcəkdə bu layihənin bəhrəsini görəcəyik”.

Nazirliyin aparıcı məsləhətçisi Günel Aslanova Bursa şəhərinin vitse qubernatoru Ahmet Hikmet Şahin və ATTŞA-nın layihə ekperti Tomas Pinet “Qalaaltı”ya olan səfəri haqqında danışıb. Layihəyə 14 ölkə üzvdür. G. Aslanova layihənin reallaşmasını gələcəkdə regionun Avropada tanıdılması və turistlərin cəlb olunması üçün unikal addım adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR