Azərbaycanda yağış yağacaq - VİDEO

Azərbaycanda yağış yağacaq - <span style="color: red;">VİDEO
# 07 noyabr 2015 10:10 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bakıda və Abşeron yarımadasında noyabrın 8-də hava şəraitinin çiskinli olacağı, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 12-14, Bakıda gecə 8-10, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 8-də bəzi yerlərdə yağış yağacağı, Lənkəran-Astara zonasında intensiv olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR