Samuxda mağaza yarılıb, sənədlər və kolbasa aparılıb

Samuxda mağaza yarılıb, sənədlər və kolbasa aparılıb
# 25 dekabr 2015 12:10 (UTC +04:00)

Samux. Azər Məmmədli - APA. Samux rayonunda mağaza girən şəxslər oranı dağıdıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Alıuşağı kəndində qeydə alınıb. Kənd sakini Mahir Hüseynov 3 ay bundan əvvəl icarəyə götürdüyü mağazaya gələndə qapının qırıldığını görüb. İçəri daxil olanda isə mağazada olan malların dağıldığının şahidi olub. Mağazaya daxil olanlar oradan bir neçə rulon kolbasa və mağaza sahibinin sənədlərini aparıblar. Satıcı Sahilə Hüseynova bildirib ki, mağaza oğurluq məqsədi ilə deyil sadəcə, qəsd məqsədi ilə yarılıb. Gələnlərin onları müflis etmək məqsədi olduğunu deyən S. Hüseynova nisyə dəftərinin aparıldığın da deyib.

Məlumata görə, mağaza sahibinə təxminən 6 min manatlıq ziyan dəyib.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR