Reuters: “Egypt Air” təyyarəsində qəzadan əvvəl tüstülənmə olub

Reuters: “Egypt Air” təyyarəsində qəzadan əvvəl tüstülənmə olub
# 20 may 2016 23:14 (UTC +04:00)

Bakı-APA. Aralıq dənizində qəzaya uğrayan “EgyptAir” aviaşirkətinə məxsus təyyarənin göyərtəsində tüstülənmə olub.

APA-nın məlumatına görə, bu barədə Reuters agentliyi xəbər verib.

Qəzadan bir neçə dəqiqə əvvəl təyyarədə tüstülənmə haqqında xəbərdarlıq siqnalı işə düşüb.

Bundan əvvəl təyyarənin yeni qalıqları, sərnişinlərin meyitləri və şəxsi əşyalarının tapıldığı barədə məlumat yayılıb.

Paris-Qahirə marşrutu üzrə uçan “EgyptAir” aviaşirkətinə məxsus təyyarə mayın 19-da qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 66 nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR