Ombudsmanın əməkdaşları FHN-nin hərbi hissələrinə baxış keçirib

Ombudsmanın əməkdaşları FHN-nin hərbi hissələrinə baxış keçirib
# 06 may 2016 16:06 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ombudsman Aparatının əməkdaşları Şirvan şəhərində və Səngəçal qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissələrinə baxış keçirib, şəxsi heyətlə hüquqi maarifləndirmə işi aparıblar. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hərbi hissələrin bütün obyektlərinə, o cümlədən, yataqxanalara, yeməkxanalara, ərzaq anbarlarına, tibb məntəqələrinə və digər sosial obyektlərə baxış keçirilib, hərbi qulluqçuların sosial problemləri və məişət şəraiti öyrənilib.

Eyni zamanda Səngəçal qəsəbəsindəki hərbi şəhərcikdə yerləşən və ailəli hərbi qulluqçuların istifadəsinə verilmiş 40 mənzildən ibarət yaşayış binasına da baxış keçirilib.

Hərbi qulluqçulara yaradılmış şərait, qida və müalicə işinin keyfiyyəti, həmçinin şəxsi heyətlə aparılan hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində aparılan işlər müsbət qiymətləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR