TÜRKSOY –un baş katibi Azərbaycan prezidentini təbrik edib

TÜRKSOY –un baş katibi Azərbaycan prezidentini təbrik edib
# 23 may 2016 19:38 (UTC +04:00)

Bakı – APA. TÜRKSOY –un baş katibi Düsen KaseinovAzərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, kraliçanın məktubunda deyilir: “Hörmətli cənab Prezident. TÜRKSOY-un Baş Katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını milli bayram - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Türk dünyasında ilk demokratik respublika olan və bu il 98-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Respublikası Zati-alinizin məqsədyönlü siyasəti və müdrik rəhbərliyi sayəsində dünya dövlətləri arasında öz layiqli yerini tutaraq yeni uğurlara imza atmaqdadır.

Əminəm ki, Azərbaycanın zəngin və özünəməxsus mədəniyyəti TÜRKSOY tərəfindən gələcək də təşkil ediləcək beynəlxalq tədbirlərdə layiqincə təmsil olunacaq və ümumtürk mədəniyyətinin inkişafına öz töhfələrini verməkdə davam edəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və qardaş Azərbaycan xalqına sülh, tərəqqi və əmin-amanlıq arzu edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR