Azərbaycan və Sloveniya Silahlı Qüvvələri arasında “Mühazirəçi mübadiləsi” tədbiri keçirilib

Azərbaycan və Sloveniya Silahlı Qüvvələri arasında “Mühazirəçi mübadiləsi” tədbiri keçirilib
# 30 aprel 2016 15:44 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Müdafiə Nazirliyi ilə Sloveniya Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlıq planına uyğun olaraq aprelin 29-da Bakıda “Mühazirəçi mübadiləsi” tədbiri keçirilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sloveniya Silahlı Qüvvələrinin nümayəndələri Loen Reçnik və polkovnik Aleksandr Murko tərəfindən Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Balkanlarda mövcud vəziyyət” və “Beynəlxalq missiyalara Sloveniyanın baxışı” mövzularında brifinqlər təqdim olunub.

Tədbirin əsas məqsədi Cənubi Qafqazda və Balkanlarda regional təhlükəsizlik məsələləri barədə məlumat mübadiləsi, o cümlədən Silahlı Qüvvələrimiz arasında dostluq əlaqələrinin möhkəmləndirilməsidir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR