“Emerson Process Management”-in baş meneceri BANM-də seminar keçib

“Emerson Process Management”-in baş meneceri BANM-də seminar keçib
# 03 dekabr 2015 08:00 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedrasının dəvəti ilə “Emerson Process Management” şirkətinin BP üzrə qlobal strategiyalar üzrə baş meneceri Raoul Mercer BANM-də oldu.

Ali Məktəbin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, o, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alan 1-ci və 2-ci kurs tələbələrinə “Upstream project responding to change” (Dəyişikliklərə uyğunlaşdırıla bilən neft-qaz layihələri) mövzusunda seminar keçib.

Seminarda rektor Elmar Qasımov çıxış edərək bildirib ki, Bakı Ali Neft Məktəbinin bir sıra beynəlxalq şirkətlərlə yanaşı, “Emerson Process Management” şirkəti ilə sıx əlaqələri var və bu əməkdaşlıq yüksək səviyyədədir. Beynəlxalq şirkətlərin nümayəndələri tərəfindən BANM tələbələri üçün müxtəlif mövzularda seminar və təlimlərin keçirilməsindən məmnunluğunu ifadə edən rektor bunun tələbələrin inkişafına xidmət etdiyini vurğulayıb.

Raoul Mercer öz növbəsində, neftin hasil olma prosesinin avtomatlaşdırılması və müxtəlif layihələrdə avtomatlaşdırmanın geniş tətbiqi mövzusunda təqdimatla çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR