“Bakcell” velosipedlə dünya turuna çıxan azərbaycanlıya dəstək göstərir

“Bakcell” velosipedlə dünya turuna çıxan azərbaycanlıya dəstək göstərir
# 05 may 2016 15:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Velosipedlə dünya turuna çıxan azərbaycanlı səyyah Tural Abbasov səfər boyu “Bakcell”in intrenet, zəng və SMS xidmətindən istifadə edəcək. “Bakcell” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, 2016-cı ilin yanvarında Bakıdan Çin istiqamətində yola düşən velosipedçi səyyah artıq 10 200 km-dən çox məsafə qət edərək Orta Asiyadan keçib.

Hazırda Taylandda olan T. Abbasov “Bakcell”in rouminq xidməti vasitəsilə öz səyahət təcrübəsini http://velotural.az/ və https://www.facebook.com/velotural/ səhifələrində bölüşür.

“Səfər zamanı güvənli və keyfiyyətli mobil rabitə çox vacib amillərdən biridir. Rouminq xərclərimi öz üzərinə götürdüyünə görə “Bakcell” şirkətinə təşəkkürümü bildirirəm. Bu, mənim üçün maddi dəstəkdən daha çox velosiped və velosəyahət mədəniyyətinin inkişafına və təbliğinə verilən töhfənin, mənim və mənim kimi insanların işinə olan diqqətin nümunəsidir. Bu yaxşı göstəricidir və ümid edirəm ki, Azərbaycandakı başqa şirkətlər də “Bakcell” şirkətindən nümunə götürəcək”, - deyə T. Abbasov bildirib.

Azərbaycanlı velosəyyahın səfər təəssüratlarını həmçinin “Bakcell”in rəsmi “Facebook” səhifəsindən izləyə bilərsiniz: https://www.fb.com/Bakcell/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR