“Bank of Baku” “Manat” depozitinin faiz şərtlərində yeni dəyişikliklər edib

“Bank of Baku” “Manat” depozitinin faiz şərtlərində yeni dəyişikliklər edib
# 02 dekabr 2015 13:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Bank of Baku”nun “Manat” depozitinin faiz şərtlərində tətbiq etdiyi yeni dəyişikliklər müştərilərinə əmanətlərini daha sərfəli şərtlərlə banka yerləşdirmələrinə şərait yaradacaq.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, tətbiq olunan yeni yüksək faiz şərtləri ilə əmanətçilər qısa müddət ərzində vəsaitlərini daha çox artırmaq imkanı əldə edirlər. Belə ki, “Manat” depozit məhsulu üzrə əmanət yerləşdirən müştərilər indi 1 aya illik 12% olmaqla gəlir əldə edə bilərlər. Bununla yanaşı, əmanətçilər 3 ay müddətinə 13%, 6 aya isə illik 14% olmaqla bankın istənilə şöbə və filialında əmanət hesabı açdıra bilərlər.

Maksimal məbləğdə heç bir məhdudiyyət qoyulmayan “Manat” əmanəti üçün tələb olunan ilkin minimal məbləğ 500 manat təşkil edir.

2007-ci ildən etibarən Əmanətlərin Sığortalanması Fondunun üzvü olan “Bank of Baku”da 12%-dək və 30 000 manata qədər yerləşdirilən əmanətlərin sığortalanması tam təmin olunur.

“Bank of Baku”nun “Manat” və digər əmanət məhsulları haqqında daha ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzi ilə əlaqə saxlamaqla və ya rəsmi internet ünvanı http://www.bankofbaku.com/ və Facebook səhifəsinə https://www.facebook.com/bankofbaku daxil olmaqla tanış ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR