Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 19 Oktyabr - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 19 Oktyabr - <span style="color: red;">VİDEO
# 19 oktyabr 2015 17:27 (UTC +04:00)

Səudiyyə Ərəbistanının neft hasilatını artırması, OPEK-ə üzv olan və olmayan bəzi ölkələrin isə buna qarşı çıxması dünya bazarında xaosu artırır. Bazara İran adlı yeni oyunçunun daxil olması vəziyyəti daha da çətinləşdirir. Bu, bazara daxil olan neftin həcminin artması deməkdir, paralel olaraq qiymətlərin daha da enməsini sürətləndirəcək amildir. Bu baxımdan qiymətin ucuzlaşmasında maraqlı olan Səudiyyə üçün İranın bazara daxil olması sərf edir. Çünki təklifin artması Səudiyyəyə endirim siyasəti üçün sərf etdiyi xammala qənaət etmək imkanı verir. Vəziyyət İranın maraqlarına ziddir, çünki hasilatı sürətlə artıran Tehran nefti ucuz satmaqla faktiki olaraq sanksiyalardan əvvəl əldə etdiyi qazancdan çox gəlir əldə edə bilməyəcək. İran və Səudiyyə Ərəbistanının siyasi maraqlarının toqquşduğu nöqtələrə iqtisadi maraqların da əlavə olunması vəziyyəti daha da gərginləşdirir. Yaxın dövrlərdə bu iki dövlətin bir-birinə qarşı demarşlarını izləmək maraqlı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR