Bakıda maşınla vurulan iki piyadadan biri ölüb

Bakıda maşınla vurulan iki piyadadan biri ölüb
# 27 sentyabr 2016 10:12 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Binəqədi qəsəbəsində qeydə alınıb. Abşeron rayon sakini Elmir Gülmalıyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Ağaşirin Məlikovu və Kəmalə Quliyevanı vurub. K.Quliyeva xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR