Goranboyda mənzildən xeyli miqdarda oğurluq edən şəxs tutulub

Goranboyda mənzildən xeyli miqdarda oğurluq edən şəxs tutulub
# 29 fevral 2016 10:11 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Goranboyda mənzildən 8 min manat dəyərində qızıl oğurlanıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-da Rəddin Məmmədova məxsus evdən 40 manat və 45 ABŞ dolları, habelə 8000 manat dəyərində qızıl əşyalar oğurlamış Şəki rayon sakini Elnur Səmədov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Şəki rayonu ərazisində daha 4 evdən oğurluq etməsi də müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR