Ukrayna hökuməti Rusiyaya 3 milyard dollarlıq borcun ödənilməsinə moratorium tətbiq edib

Ukrayna hökuməti Rusiyaya 3 milyard dollarlıq borcun ödənilməsinə moratorium tətbiq edib
# 18 dekabr 2015 12:12 (UTC +04:00)

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu bəyan edən Ukrayna baş naziri Arseniy Yatsenyuk bildirib ki, müvafiq qərarın əsasında Kiyevin cəhdlərinə baxmayaraq, Rusiyanın borcun restrukturizasiyası ilə bağlı sazişi imzalamaqdan imtina etməsi dayanır.

O həmçinin qeyd edib ki, Ukrayna Nazirlər Kabineti Rusiya ilə məhkəmə çəkişmələrinə hazırdır.

Qeyd edək ki, Ukraynanın Rusiyaya olan borcunun ödənilməsi ilə bağlı son tarix dekabrın 20-də bitir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR