Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub

Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub
# 13 aprel 2016 22:50 (UTC +04:00)

Bakı-APA. Çempionlar Liqasında 1/4 finalın daha iki qarşılaşması baş tutub.

Apasport.az saytının məlumatına görə, İspaniyada və Portuqaliyada keçirilən iki oyunla son yarımfinalçıların kimliyinə aydınlıq gəlib.

Turnirin son qalibi “Barselona” öz meydanında 1 top fərqi ilə üstələdiyi digər ispan təmsilçisi “Atletiko” ilə səfərdə qarşılaşıb. Madridlilər doğma meydanda qalib gələrək, adlı-sanlı rəqibini yolundan kənarlaşdıra biliblər. Fransalı hücumçu Qrizmanın dublu yarımfinal üçün yetərli olub.

"Bavariya" isə paralel keçən oyunda "Benfika" ilə 2:2 hesablı bərabərliyə razılaşaraq evdə aldığı 1:0 hesablı qələbənin də verdiyi üstünlüklə yarımfinala adlayan bir digər komanda olub.

Çempionlar Liqası

1/4 final cavab oyunları

13 aprel

“Atletiko” (İspaniya) – “Barselona” (İspaniya) - 2:0

Qollar: Qrizman, 36, 88 (pen.)

“Benfika” (Portuqaliya) – “Bavariya” (Almaniya) - 2:2

Qollar: Ximenez, 22, Taliska, 76 - Vidal, 38, Müller, 52

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR