Mingəçevirdə əhalinin tibbi müayinəsi aparılacaq

Mingəçevirdə əhalinin tibbi müayinəsi aparılacaq
# 16 sentyabr 2015 12:59 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 17 sentyabr tarixində Respublika Diaqnostika Mərkəzinin (RDM) həkim briqadası Mingəçevir Mərkəzi Rayon Xəstəxanasında Mingəçevir, Ağdaş, Yevlax və digər qonşu rayon əhalisinin müayinələrini təşkil edəcəklər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müayinələrdə otorinolarinqoloq (LOR), oftalmoloq, neyrocərrah, pediatr-neonatoloq, radioloq, ginekoloq və terapevt iştirak edəcəklər.

Mingəçevir Mərkəzi Rayon Xəstəxanasında RDM-in mütəxəssislərinin iştirakı ilə elmi-praktiki konfrans keçiriləcək. Tədbir çərçivəsində məruzələr oxunacaq, təcrübə mübadiləsi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR